Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Fond 4 şirkət ilə 8,3 milyon manatlıq müqavilələr imzaladı - YAŞAYIŞ MƏHƏLLƏSİ TİKİLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fond 4 şirkət ilə 8,3 milyon manatlıq müqavilələr imzaladı - YAŞAYIŞ MƏHƏLLƏSİ TİKİLİR

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu  "Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 3 ədəd 5 mərtəbəli yaşayış binasının və texniki infrastrukturun tikintisi” üzrə 4 şirkət ilə 8 milyon 337 min manatlıq müqavilələr imzalayıb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, müqavilələr "TUNEL-METRO İNŞAAT"  MMC (Fonddan 2 milyon 931 min manat alacaq), “AZƏRSUTƏCHİZATTİKİNTİ” ASC (1 milyon 216 min manat alacaq), "TECHNOKRAT LİMİTED"  MMC (1 milyon 889 min manat alacaq) və "QARA ÇAY" şirkətilə (2 milyon 301 min manat alacaq) imzalanıb.

 

"TUNEL-METRO İNŞAAT"  MMC  yeni yaşayış məhəlləsində 1 ədəd 5 mərtəbəli 50 mənzilli yaşayış binası, "TECHNOKRAT LİMİTED"  1 ədəd 5 mərtəbəli 40 mənzilli yaşayış binası və "QARA ÇAY" şirkəti də 1 ədəd 5 mərtəbəli 40 mənzilli yaşayış binası tikəcək. “AZƏRSUTƏCHİZATTİKİNTİ” ASC isə  yaşayış məhəlləsində xarici və məhəllədaxili texniki infrastrukturun tikintisini həyata keçirəcəkdir.

14.08.2019 15:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ