552 məcburi köçkün ailəsi üçün Goranbaoyda yeni yaşayış məhəlləsi salınacaq

Goranboy rayonu ərazisində müvəqqəti məskunlaşmış 552 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsi salınacaq.

 

"Marja" xəbər verir ki, artıq yaşayış məhəlləsinin layihələndirilməsi üçün şirkət seçilib. 


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu "PROJECT CENTER" MMC ilə müqavilə bağlayıb. Müqavilənin məbləği 347 min 668 manatdır. Müqavilə bu gün qüvvəyə minib.

 

Müqavilə Goranboy rayonu ərazisində müvəqqəti məskunlaşmış 552 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsini nəzərdə tutur.

14 Avqust 2019 , 17:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin