Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Trampdan Xiyə "Honq Konq çağırışı"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan Xiyə "Honq Konq çağırışı"

ABŞ Prezidenti Donald Tramp, Honq Konqda davam edən hadisələrlə əlaqədar olaraq Çin Dövlət başçısı Xi Jinping-ə çağırış edib.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, Tramp “Twitter” hesabından, "Çin əlbəttə bir müqavilə bağlamaq istəyir, ancaq əvvəl Honq Konq ilə insani bir şəkildə maraqlansınlar!" şərhini edib.

 

Çin Dövlət başçısı Xi-ni çox yaxşı tanıdığını qeyd edən Tramp, "Özü, xalqı tərəfindən çox hörmət edilən böyük bir liderdir. Heç şübhəm yoxdur ki, əgər Dövlət başçısı Xi, Honq Konq problemini sürətli və insani bir şəkildə həll etmək istəsə bunu edə bilər. Bu mövzuda bir görüş keçirək?" ifadələrini istifadə edib.

 

 Honq Konq etirazlarla gündəmdədir

 

Çinin Honq Konq Xüsusi Administrativ Bölgəsində nümayişçilər, Honq Konqda barəsində hökm çıxarılmış və ya günahlandırılan şəxslərin Çinə, Makao Xüsusi Administrativ Bölgəsinə və Tayvana qaytarmasını asanlaşdıran qanun layihəsinə etiraz edirlər. 

 

Qanunun müzakirəsi etirazlar səbəbilə 15 İyunda təxirə salınıb. Amma nümayişçilər qanun layihəsinin rəsmi olaraq ləğv edilməsini tələb edirlər.

15.08.2019 06:48

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ