Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İyulda Azərbaycandan pomidor ixracı kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İyulda Azərbaycandan pomidor ixracı kəskin azalıb

İyul ayında Azərbaycandan pomidor ixracı 2019-un minimum səviyyəsinə düşüb.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 7 ayı ərzində Azərbaycandan 141 milyon 209 min dollar dəyərində 132 min 796 ton pomidor ixrac edilib. İlk 6 ayda Azərbaycandan 138 milyon 56 min dollar dəyərində 129 min 293 ton pomidor ixrac edilmişdi. Beləliklə, İyulda pomidor ixracı məbləğ ifadəsində 3 milyon 153 min dollar, miqdar ifadəsində isə 3503 ton təşkil edib.

 

ƏN ÇOX POMİDOR MAYDA İXRAC EDİLİB

 

Azərbaycana pomidor ixracından Yanvarda 10 milyon 490 min dollar, Fevralda 7 milyon 318 min dollar, Martda 7 milyon 648 min dollar, Apreldə 24 milyon 188 min dollar, Mayda 54 milyon 595 min dollar, İyunda 33 milyon 817 min dollar valyuta daxil olub.

15.08.2019 07:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ