Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Beynəlxalq Bankın özəlləşdirilməsi üçün xarici tərəfdaş axtarırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Beynəlxalq Bankın özəlləşdirilməsi üçün xarici tərəfdaş axtarırıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi üçün xarici tərəfdaş axtarırıq".

 

Reklam_3_11

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Strateji xidmətlər departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri  Rüstəm Tahirov deyib.

 

R.Tahirovun sözlərinə görə, Palata və Maliyyə Nazirliyi ABB-yə nəzarətlə bağlı sıx əməkdaşlıq edir.

 

"Fitch" reytinq agentliyinin maliyyə institutları üzrə direktoru Dmitri Vasilyev isə dövlətin ABB-yə dəstəyinin davam edəcəyini proqnozlaşdırdığını deyib.

 

Palata: ABB bu il sağlamlaşdırılacaq

 

Rüstəm Tahirov bildirib ki, bu ilin sonuna kimi "Azərbaycan Beynəlxalq Bankı" ASC-də sağlamlaşdırma prosesi başa çatacaq.


Onun sözlərinə görə, sağlamlaşdırma prosesi başa çatandan sonra ABB-nin özəlləşdirilmə prosesinə başlanacaq: "Amma hələlik özəlləşdirilməyə nə vaxt başlanacağı barədə tarix söyləmək tezdir. Hazırda bankda əməliyyat və idarəetmənin təkmilləşdirilməsi, o cümlədən maliyyə vəziyyətinin sabitləşməsi ilə bağlı işlər aparılır", - deyə qurum rəsmisi vurğulayıb.

 

© Report, APA

16.03.2017 10:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ