Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın aparıcı bankına fişinq hücumu başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın aparıcı bankına fişinq hücumu başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı bankı - "Kapital Bank" ASC-yə qarşı fişinq hücumu başlanıb. 

 

Reklam_3_11

Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) açıqlamasında bildirilir. 

 

Məlumatda deyilir ki, “Facebook” sosial şəbəkəsində “Kazxchkasbd” adlı səhifə yaradılıb. Bu səhifədə "Kapital Bank"ın "BirKart" taksit kartının korporativ stilində, üzərində “daxil ol 500 azn ve iphone xs max qazan” başlıqlı reklam kampaniyası gedir və bu yolla sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsinə cəhd edilir. Reklam kampaniyasının üzərinə klik etdikdə “birbankaz.com” saytına keçid var. 

 

Adıçəkilən saytın məzmununda isə “BirBank"ın elektron xidməti olan “İnternet-bank”a oxşar, məzmun daxilində “İnternet-banka daxil olmaq” başlıqlı, şəxsi kabinetə daxil olmaq üçün tələb olunan telefon nömrəsi və şifrənin daxil edilməsi üçün nəzərdə tutulmuş müvafiq sahələr yerləşdirilib. Güman edilir ki, hakerlər Qazaxıstanda HALYK BANK, Kanadada “Scotiabank” və Azərbaycanda “Kapital Bank”ı hədəfə almış fişinq hücumları həyata keçirməkdədir. Bunun üçün istifadə olunan sayt KİMM-in yaratdığı “Qara siyahı”ya (https://blacklist.gov.az/) əlavə edilib. 

 

KİMM Azərbaycan vətəndaşlarını diqqətli olmağa çağırır, bu kimi şübhəli məzmunlu internet informasiya resurslarını aşkar etdikdə, quruma müraciət etmələrini xahiş edir.

15.08.2019 09:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ