Kapital Bank Müştəri Bank sistemini inkişaf etdirir

® Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeniliklər həyata keçirir.

 

Artıq uzun müddətdir sahibkarlar və hüquqi şəxslər üçün fəaliyyət göstərən  Müştəri Bank sistemi sayəsində, müştərilər daha rahat şəkildə onlayn əməliyyatlar etmək imkanını qazanıblar.

 

Müştəri Bank sisteminə qoşulmaq üçün Kapital Bank filiallarına ərizə təqdim etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Bu sistem vasitəsi ilə banka gəlmədən, zamandan və məkandan asılı olmayaraq bir sıra əməliyyatları onlayn şəkildə həyata keçirmək mümkündür.

 

Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesablar, ödəniş kartları, kredit, POS terminallar, depozitlərə nəzarət etmək və çıxarışlar əldə etmək, sərfəli şərtlərlə ölkə daxili milli və xarici valyutada, ölkə xarici və nağdsız mübadilə köçürmələrini yerinə yetirmək, zaman məhdudiyyəti olmadan biznes kart hesabını artırmaq və köçürmələr etmək, banka gəlmədən əmək haqqı kartları üzrə mədaxil, yeni kart sifarişi, kart müddətinin uzadılmasın, bağlanması əməliyyatlarını icra etmək.

 

Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

15 Avqust 2019 , 10:49   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin