Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda ilk dəfə tokenizasiya xidməti tətbiq ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəfə tokenizasiya xidməti tətbiq ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasında “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə birgə nağdsız ödəniş xidmətlərinin genişləndirilməsi və təkmilləşdirilməsi mövzusunda seminar keçirilib.

 

POS-terminal olmadan mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi imkanları müzakirə edilib.


 

 “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, innovativ texnologiyalar sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə növbəti tədbir keçirilib.

 

Tədbir “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə ilk dəfə tətbiq ediləcək və nağdsız ödənişlərin inkişafında, habelə innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsində mühüm rol oynayacaq tokenizasiya xidmətinə həsr olunub. İştirakçılara tokenizasiya xidməti və onun üstünlükləri, qabaqcıl ölkələrin bu istiqamətdə təcrübələri, təsərrüfat subyektlərində POS-terminal olmadan mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi imkanları müzakirə edilib.

 

Palata tərəfindən ölkədə tətbiqi dəstəklənən bu layihə nağdsız ödənişlərdə yeniliklərin tətbiqinə səbəb olmaqla, nağdsız cəmiyyətin formalaşmasında və nağdsız ödənişlərin ödəniş kartı ilə yanaşı digər vasitələrlə həyata keçirilməsində mühüm rol oynayacaqdır.

15.08.2019 09:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ