Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Hadisəni SOCAR-la əlaqələndirmək təxribatdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hadisəni SOCAR-la əlaqələndirmək təxribatdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Palmali” şirkətlər qrupuna məxsus “Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan “Doric Warrior” adlı gəminin “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur.

 

Bunu  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

 

O qeyd edib ki, sözügedən hadisəni SOCAR-la əlaqələndirmək iddiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribatdır: “Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk”.

 

Məlumata görə, göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi “MAMMAD AMİN RASULZADE” İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub. “MAMMAD AMİN RASULZADE” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir. Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır.  Gəmi limanda ilk səfərini həyata keçirmək ücün gözləyirdi.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

15.08.2019 11:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ