Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Xəzər-Lada”nın gəlirləri avtomobil bazarının canlanması ilə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xəzər-Lada”nın gəlirləri avtomobil bazarının canlanması ilə artıb

"АvtoVaz”ASC-nin Azərbaycandakı Baş idxalçısı və rəsmi distribyutoru “Xəzər-Lada” ASC 2019-cu ilin 1-ci yarısını 400 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Xalis mənfəətin artmasına səbəb satışdan gəlirlərin artmasıdır. Azərbaycanda avtomobil bazarının canlanması “Xəzər-Lada”nın da balansında müsbət əks olunur. Gəlirlərin artması Lada avtomobillərinin satışının artdığına işarədir.

 

Reklam_3_11

“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə cəmi gəlirlər 8 milyon 795 min manat, cəmi xərclər 8 milyon 295 min manat təşkil edib. “Xəzər-Lada” vergiqoymadan əvvəlki 500 min manat mənfəətindən 100 min manat mənfəət vergisi ödəyib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında “Xəzər-Lada”nın cəmi gəlirləri 6 milyon 827 min manat, cəmi xərcləri 6 milyon 677 min manat, vergiqoymadan əvvəlki mənfəəti 150 min manat, xalis mənfəəti isə 120 min manat təşkil etmişdi.

 

“Xəzər-Lada” 2018-ci ili 14 milyon 987 min manat cəmi gəlir və 216 min 640 manat xalis mənfəətlə bağlamışdı.

 

“Xəzər-Lada”nın 151 səhmdarı olsa da onların 147-sinin cəmi payı 8,2%-dir. ASC-nin 30%-i Nikiforov Aleksandra, 29,8%-i Nazerenko Lyudmilaya, 19,4%-i Fəxrəddin Qasımzadəyə və 12,6%-i Naməddin Qasımzadəyə məxsusdur.

15.08.2019 13:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ