Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yığımına başlayıblar, bir kiloqramı 3,5 - 4 manata alınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yığımına başlayıblar, bir kiloqramı 3,5 - 4 manata alınır

Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən fındıq bağlarından məhsul yığımına başlayıblar.

 

Reklam_3_11

Fındıq bağlarında məhsuldarlıq ötən illərlə müqayisədə daha çoxdur. Hazırda ağacdan yığılaraq qurudulan fındığın bir kiloqramı təsərrüfatçılardan 3,5 - 4 manata alınır.

 

Rayonun Hacıəhmədoba kəndindən olan təsərrüfatçı Fazil Əhmədov 0,5 hektar fındıq bağından hər il 500-600 kiloqram məhsul toplayır. “Yığıma yeni başlamışıq. Bu il məhsuldarlıq ötən ilkindən yaxşıdır.  Məhsulu özümüz yığırıq. Bəzən yığım üçün günəmuzd fəhlələr də çağırırıq. Havalar yaxşı keçsə bağı sentyabrın axırına kimi yığıb qutaracağıq”, - deyə təsərrüfatçı bildirib.

 

Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.

 

Xaçmazlı fermerlər bir neçə ildir k, ağacdan yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatdan istifadə edirlər. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir. Belə ki, bağından 1 ton fındıq əldə edən təsərrüfatçı əvvəllər bu məhsulu qabığından təmizləmək üçün ailə üzvləri ilə birlikdə 7-10 gün vaxt sərf etməli olurdu. Fındıq təmizləyən texnika isə bu işi cəmi bir saata görür.

 

Traktorçu Alim Əhmədov deyir ki, fındıq toplanmasına başlanan gündən sifarişlərin ardı-arası kəsilmir. Gün ərzində müxtəlif kəndləri gəzərək 3-4 ton fındıq təmizləyir. Xidmət haqqı olaraq hər 100 kiloqrama görə 3 kiloqram təmizlənmiş fındıq alır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

16.08.2019 07:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ