Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Unibank 1-ci oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank 1-ci oldu

Unibank “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci yerin qalibi olub.

 

Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə 2016-cı il üzrə nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank daha bir neçə nominasiya üzrə mükafatlandırılıb. Ölkədə nağdsız əməliyyatların və  elektron ticarətin inkişafına daim dəstək verən və öz fəaliyyətində bu prinsipləri əsas tutan bank, “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” və “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyaları üzrə isə 2-ci yeri tutub.

 

Unibank-ın ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin inkişafına verdiyi töhfədə Unibank Mobile əlavəsinin xüsusi rolu var. Çoximkanlı funksiyaları ilə ölkə banklarının mobil əlavələri sırasında istifadəçilər tərəfindən ən çox yüklənən Unibank Mobile, “Deloitte & Touche LLC” şirkəti tərəfindən 2016-cı il üçün MDB məkanında ən mükəmməl mobil əlavələrdən biri hesab olunub.

 

Unibank bazarda öz elektron ticarət partnyorlarının sayına görə də üstün yerlərdədir. Bankın tərəfdaşları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən Visa və  MasterCard  kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz  şəkildə həmin dükanlardan alış-veriş edirlər. Ölkənin ən geniş ödəniş portalı kimi tanınan hesab.az Unibank-ın böyük  partyorlarından biridir.

 

Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə  və müştərilərinə rahat  nağdsız ödənişləri təqdim  etməkdə davam edəcək.

 

16.03.2017 12:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ