Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sənayenin qeyri neft-qaz sektorunda böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənayenin qeyri neft-qaz sektorunda böyük artım

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyul aylarında 27,3 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır.   

 

Reklam_3_11

Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda neft hasilatı 2,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 34,0 faiz artmışdır.

 

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, hazır metal məmulatlarının istehsalı 59,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 55,4 faiz, içkilərin istehsalı 52,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 40,9 faiz, mebel istehsalı 33,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, kağız və karton istehsalı 28,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 27,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4 faiz, tütün məmulatlarının istehsalı 25,1 faiz, qida məhsullarının istehsalı 18,3 faiz, poliqrafiya məhsullarının istehsalı 14,9 faiz, maşın və avadanlıqların istehsalı 13,6 faiz, tikinti materiallarının istehsalı 7,8 faiz, geyim istehsalı 5,6 faiz, neft məhsullarının istehsalı 1,4 faiz, əczaçılıq məhsullarının istehsalı 1,3 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 7,5 faiz, elektrik avadanlıqlarının istehsalı 7,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 28,3 faiz azalmışdır.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artmışdır.

16.08.2019 09:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ