Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır - YENİ MÜQAVİLƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır - YENİ MÜQAVİLƏ

Milli Onkologiya Mərkəzi (MOM) "Azəri Med" MMC ilə xərçəng xəstələrinin müalicəsi və müayinəsi üçün dərman, sarğı ləvazimatları və materialları və digər materialların alınması üçün müqavilə bağlayıb. Bu tərəflər arasında bu predmet üzrə ikinci publik müqavilədir.

 

Elektron Satınalmaların Vahid Reyestrinə əsasən, "Azəri Med" MMC-nin 9 avqust tarixli tender təklifinin dəyəri 13 milyon 350 min manat (7 853 min dollar) təşkil edir.

 

Bu ilin fevral ayında MOM bu şirkətlə 10.2 milyon manat (6 milyon dollar) məbləğində dərman, sarğı və digər materialların alınması üzrə müqavilə bağlayıb. 2018-ci il ərzində MOM və "Azəri Med" MMC bu malların alınması üçün cəmi 25 milyon 699,8 min manatlıq dörd müqavilə imzalayıb.

 

Milli Onkologiya Mərkəzi, "Azəri Med" şirkətini "etibarlı və güclü tərəfdaş" hesab etdiyi üçün sifarişlərini bu  şirkətə verir.

 

"Azəri Med" şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur. Bu şirkət məşhur "Zəfəran" apteklər şəbəkəsinə də nəzarət edir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Turan

16.08.2019 10:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ