Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Kiloqramını 10-15 manata, stəkanını 2 manata satırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kiloqramını 10-15 manata, stəkanını 2 manata satırıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Süfrələrə bəzək, yeməklərə xüsusi dad verən sumaq avqust ayında toplanır.

 

Qutab, lülə-kabab, balıq, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayanların əksəriyyəti bu ədviyyatın necə hazırlanmasından xəbərsizdir.

 

Sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.

 

Hündürlüyü üç metrə çatan sumaq ağaclarına daha çox Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid dağlıq kəndlərdə rast gəlmək mümkündür.

 

Bu ərazidəki Kələnov kəndinin sakini Mariya Salahova uzun illərdir yabanı halda bitən bitkinin meyvələrini toplayaraq gəlir əldə etdiyini bildirir.

 

“Bir insan ağaclardan gün ərzində 20 kiloqramadək sumaq yığa bilər ki, bundan da cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır. Bitki yığıldıqdan sonra bir müddət qurudulur. Həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir”, - deyə M. Salahova söyləyir.

 

Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 10-15 manata, stəkanı isə 2 manata satılır.

 

Kənd sakinləri deyirlər ki, bu bitkinin toplanması zamanı diqqətli olmaq lazımdır. Sumağı əlcəklə yığmaq məsləhətdir. Əks halda, bitkinin turşluğu əl və qol nahiyəsində yaralar əmələ gətirə bilər.

 

250-yə yaxın növü olan sumaq bitkisinə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də təsadüf edilir.

 

Sumaq meyvəsinin tərkibində 18–20 faiz aşılayıcı maddə, şəkər, üzvi turşular, C və K vitaminləri var. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyi zamanı içirlər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

16.08.2019 10:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ