Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məşhur sərmayəçi: ABŞ iqtisadiyyatının durğunluğa girməsi ehtimalı 40%-dir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur sərmayəçi: ABŞ iqtisadiyyatının durğunluğa girməsi ehtimalı 40%-dir

Məşhur sərmayəçi və "Bridgewater Associates"in qurucusu Rels Dalio, vəziyyətin pisləşməsində növbənin ABŞ iqtisadiyyatına çatdığını və Birləşmiş Ştatların 2020 seçkilərindən əvvəl durğunluğa girməsi ehtimalının 40% olduğunu qeyd edib.

 

Bu mərhələsində faizləri endiriməyin təsirli olmayacağını söyləyən Dalio, bu səbəbdən ölkələrin iqtisadi artımı dəstəkləmək üçün pul vahidlərini zəiflədə biləcəklərini sözlərinə əlavə edib.

 

"Marja" xəbər verir ki, Dalio, Cümə axşamı günü CNBC-ə verdiyi açıqlamasında qarşıdakı üç illik dövrdə daha çox məzənnə müharibəsi ola biləcəyinə diqqət çəkib.

 

Həmçinin Dalio, Çinin ABŞ ilə ticarət müharibəsində, əlində saxladığı ABŞ xəzinə istiqrazlarını silah olaraq istifadə edə biləcəyini sözlərinə əlavə edib.

 

ABŞ ilə Çinin atacağı addımları təxmin etməyin çətin olduğunu qeyd edən Dalio, "Çin və ABŞ, anlaşılmazlıq davam etməsi vəziyyətində, bir-birlərinə "maksimum ziyanı" vurmağın yollarını axtaracaqlar",- bildirib.

 

Durğunluq - bir ölkə iqtisadiyyatının ən azı 6 ay (ardıcıl 2 rüb) ərzində kiçilməsidir. Durğunluğun daha uzun müddət davam etməsi və kəskinləşməsi böhran adlanır.

16.08.2019 14:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ