Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tələbələrin təqaüdlərinin gecikməsinin səbəbi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tələbələrin təqaüdlərinin gecikməsinin səbəbi açıqlanıb

Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı müxtəlif xəbərlər dərc olunur və buna "Maliyyə Nazirliyinin hesaba pul köçürməməsi" səbəb kimi göstərilir.


Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev  bildirib ki, ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin geçikməsində hər hansı vəsait çatışmazlığından söhbət getmir:

 

"Bildiririk ki, dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub. Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunub və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsini tam təmin edəcək".

 

© APA

 

16.03.2017 12:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ