Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gömrükdə monopoliyanın azaldığını göstərən fakt - SAYI 2 İLDƏ 2 DƏFƏDƏN ÇOX ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrükdə monopoliyanın azaldığını göstərən fakt  - SAYI 2 İLDƏ 2 DƏFƏDƏN ÇOX ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayı kəskin artıb. Xarici iqtisadi fəaliyyət iştirakçısı dedikdə malların və xidmətlərin idxalı və ixracı ilə məşğul olan şəxs başa düşülür.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 7 ayı ərzində xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 24 895 şəxs olub. Bu say 2017-ci ilin 7 ayı ərzində 9 865, ötən ilin eyni dövründə isə 13 934 təşkil etmişdi. Qısası, son 2 ildə idxal və ixrac ilə məşğul olan şəxslərin sayı 2,5 dəfə, son 1 ildə isə 1,8 dəfə artıb.

 

Ötən il xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 25 123 şəxs olmuşdu (31 Dekabr 2018-ə olan məlumat). Ötən ilin yekunu ilə müqayisədə bu ilin 7 ayı ərzində xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 228 şəxs azalıb.İlin qalan 5 ayı ərzində iştirakçıların sayının artacağı gözlənilir.

 

2017-ci illə müqayisədə 2018-ci ildə xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 9037 şəxs və ya 56% artmışdı.

 

1400-Ə YAXIN ŞİRKƏT İDXAL VƏ YA İXRACLA MƏŞĞUL OLMAĞA BAŞLAYIB

 

2019-cu ilin 7 ay ərzində 24 895 xarici iqtisadi fəaliyyət iştirakçısının 17 959-u fiziki şəxslər, 6 936-sı hüquqi şəxslər olub. Ötən ilin eyni dövründə xarici iqtisadi fəaliyyət iştirakçılarının 6 936-sı fiziki, 5 563-ü hüquqi şəxs olmuşdu. Ötən ilin 7 ayı ilə müqayisədə bu il fiziki şəxslərin sayı 11023 şəxs və ya 2,5 dəfə, hüquqi şəxslərin sayı isə 1373 və ya 20% artıb.

 

2018-ci ildə xarici iqtisadi fəaliyyət ilə məşğul olmuş 25 123 şəxsin 17 731-i fiziki, 7 392-si hüquqi şəxs olmuşdu. Bu ilin 7 ayı ərzində xarici iqtisadi fəaliyyət ilə məşğul olan fiziki şəxslərin sayı 228 artıb, hüquqi şəxslərin (şirkətlərin) sayı isə 456 azalıb.

 

2019-cu ilin 7 ay ərzində dövlət sektorundan 244 şəxs, özəl sektordan 6 692 şəxs idxal və ya ixrac fəaliyyəti ilə məşğul olub. Ötən ilin eyni dövründə bu say müvafiq olaraq 198 və 5 365 idi.

 

Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları haqqında məlumat

17.08.2019 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ