Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avtomobil və hissələrinin idxalına xərclənən valyuta kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil və hissələrinin idxalına xərclənən valyuta kəskin artıb

Azərbaycandan valyutanın çıxmasının səbəblərindən biri də nəqliyyat vasitələri və onların hissələrinin idxalıdır.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyul dövründə (7 ayda) Azərbaycana xaricdən 659 milyon 952 min dollarlıq nəqliyyat vasitələri və onların hissələri idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 166 milyon 737 min dollar və ya 34% çoxdur.

 

Azərbaycanın cəmi 7 ayda 8 milyard 434 milyon dollarlıq idxalının 7.83%-ni nəqliyyat vasitələri və onların hissələrinin idxalı təşkil edib.

 

Xəbər verdiyimi kimi, Azərbaycana nəqliyyat vasitlərinin idxalı 2 dəfə artaraq bu ilin 7 ayı ərzində 22 974 ədəd təşkil edib. Nəqliyyat vasitələrinin 20 800 ədədi minik avtomobilləri olub.

 

HƏMÇİNİN OXU: Avtomobil idxalında sürət düşmür - İKİQAT ARTIM

 

17.08.2019 10:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ