Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Tramp Qrenlandiyanı Danimarkadan satın almaq istəyir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tramp Qrenlandiyanı Danimarkadan satın almaq istəyir"

ABŞ-da dərc olunan "Wall Street Journal" qəzeti, ABŞ Prezidenti Donald Trampın Danimarkadan Qrenlandiya adasını satın almaq istədiyini yazıb.

 

Reklam_3_11

"Marja" yazıya istinadən xəbər verir ki, keçmiş ABŞ prezidentlərindən Harry Truman 1946-cı ildə 2,160 milyon kvadrat kilometr sahəsi ilə dünyanın ən böyük adası olan, 81%- buzlaqlarla örtülü Qrenlandiyanı 100 milyon dollara satın almaq istəmiş, ancaq Danimarka bu təklifi rədd etmişdi.

 

"Məsləhətçilərinə təlimat verib"

 

Yazıya görə, bu yaz Trampın qonaqlardan biri Danimarkanın muxtar statusdakı adaya hər il köçürdüyü 500 milyon dollarlıq maliyyəni tapmaqda çətinlik çəkdiyini bildirib. Bundan sonra Tramp Qrenlandiyanı satın almaq fikirini gündəmə gətirib və Ağ Evdəki məsləhətçilərinə mövzunu araşdırmaq təlimatını verib. 

 

Trampı, yalnız 55 min adamın yaşadığı adanın təbii ehtiyatları və geo-siyasi mövqeyi cəlb edir. 

 

ABŞ Alyaskanı Rusiyadan 7,2 milyon dollara alıb

 

1867-ci ildə ABŞ Alyaska Rusiyadan 7,2 milyon dollara satın almışdır. 1,5 milyon kvadrat kilometrdən çox sahəsi olan Alyaskaya ödənən pulun bu günki dəyərinin 108 milyon dollar olduğu hesablanır.

 

Qrenlandiya, ABŞ üçün hərbi baxımdan strateji bir mövqedədir. Amerika ordusunun adanın şimal-qərbində bir hərbi bazası var. ABŞ bu bazanı balistik raket təhdidinə qarşı istifadə edir.

 

Çin keçən il Qrenlandiyada üç hava limanı inşasına maliyyə təmin etməyi təklif etmiş, İyunda proyektdən çəkildiyini açıqlamışdı. Vaşinqton, adanın satın alınması ilə bu cür cəhdlərə də mane olacağını düşünür.

 

Danimarka 18-ci əsrin əvvəlində müstəqilliyini elan etmiş Qrenlandiyanı 1953-də rəsmi olaraq torpaqlarına qatmışdır.

17.08.2019 14:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ