Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Öz imkanlarımız hesabına hasilatı sabit saxlamağa nail olmuşuq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Öz imkanlarımız hesabına hasilatı sabit saxlamağa nail olmuşuq"

"2019-cu ilin II rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan1 çox neft, 1,7 milyard kubmetrə yaxın qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olmuşdur". 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu, SOCAR-ın yaydığı məlumatda deyilir.

 

Məlumatda bildirilir ki, .irkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilmiş, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunmuş, yeni quyular qazılmış, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılmışdır. Cari ilin ikinci rübündə şirkət üzrə 41 min metrdən artıq qazma işi aparılmışdır. 

 

Hesabat dövründə SOCAR tərəfindən, AÇQ üzrə mənfəət nefti də daxil olmaqla 4,9 milyon ton  xam neft, 172 milyon kubmetrdən çox  təbii qaz, 604 min tondan artıq  neft və neft kimya məhsulları ixrac edilmişdir. Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48 faiz artım qeydə alınmışdır. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir. 

 

II rübdə, Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 milyon tondan çox  neft, 8 milyard kubmetrdən çox  qaz hasil edilmişdir. Dövr ərzində ölkədən 2,4 milyard kubmetrdən çox9 təbii qaz ixrac edilmişdir. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqəlar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 faiz təşkil etmişdir. 

 

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə demişdir: “Dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşmışdır. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır. 

 

Digər tərəfdən yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır. 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20 faiz artım gözləyirik. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır.” 

17.08.2019 16:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ