Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq"

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və Azərbaycan əməkdaşlıq strategiyası layihəsi üzrə danışıqlara başlayıb.

 

Bunu özəl müsahibəsində bankın prezidenti Dmitri Pankin deyib.

 

O bildirib ki, Azərbaycanda dördillik strategiya barədə danışıqlar aparılır:

 

“Bizim Azərbaycan hökuməti ilə danışıqlarımız avqust və sentyabr aylarında davam edəcək. Strategiyanın layihəsinin bu ilin sentyabrında QDTİB-in Direktorlar Şurasına təqdim olunması planlaşdırılır. Bundan sonra layihəyə bankın İdarəetmə Şurası tərəfindən razılıq veriləcək. Strategiyanın bu ilin noyabr və ya dekabrında rəsmi təsdiq olunacağı gözlənilir”.

 

Əməkdaşlıq strategiyasının detallarından danışan bank prezidenti bildirib ki, bu, hələlik ümumi layihədir:

 

“Bu günədək biz çox sahələri əhatə etməyə çalışmışıq. Biz maliyyə sektorunda, istehsalatda, eləcə də kənd təsərrüfatı sahəsində işləyirik. Həmçinin, infrastruktur layihələrini də nəzərdən keçiririk. Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində, kənd təsərrüfatı, süd emalında və avadanlıq istehsalının maliyyələşdirilməsi üzrə işləməyi planlaşdırırıq”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Trend

19.08.2019 06:17

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ