Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

10 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

 

Reklam_3_11

Bunlar "Muğan Bank", "Bank Respublika", "Zıraat Bank Azərbaycan" və "Xalq Bank"dır. Ən yüksək dinamika "Muğan Bank"da (3,8 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da (4,4%) qeydə alınıb.

 

10 bankın - "Naxçıvan Bank", "AFB Bank", "Kapital Bank", "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan", "PAŞA Bank", "Amrah Bank", "Günay Bank", Nikoyl Bank" və "Rabitəbank"ın isə xüsusi ehtiyatlara ayırmaları illik müqayisədə azalıb. Ən çox azalma "Rabitəbank"da (97,4%), ən az azalma isə "Naxçıvan Bank"da (7,4%) qeydə alınıb.

 

5 bankın - "NBC Bank", "Bank of Baku", "Unibank", "Azərbaycan Beynəlxalq Bankı" və "Atabank"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Ən yüksək dinamika "NBC Bank"da (5,6 dəfə), ən aşağı dinamika isə "Atabank"da (51,9%) qeydə alınıb.

 

4 bankın - "Premium Bank", "Bank BTB", "Express Bank" və "Azər-Türk Bank"ın isə xüsusi ehtiyatlar ayırmalar üzrə qənaəti azalıb. Ən çox azalma "Azər-Türk Bank"da (84,8%), ən az azalma isə "Premium Bank"da (80,2%) qeydə alınıb.

 

5 bank - "Access Bank", "AGBank", "Bank Avrasiya", İran və Pakistan Milli Banklarının Bakı filialları bu ilin I yarısında xüsusi ehtiyatlara vəsait ayırıb, ötən ilin eyni dövründə isə bu istiqamətdə qənaət edib, 2 bank - "Bank VTB Azərbaycan" və "Turan Bank" isə bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə bu istiqamətdə vəsait ayırıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

12 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-si bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlara vəsait ayırmayıb.

 

Bunlar "Turan Bank", "Bank BTB", "Azər-Türk Bank", "Express Bank", "NBC Bank", "Premium Bank", "Atabank", "AGBank", "Bank VTB Azərbaycan", "Unibank", "Bank of Baku" və "Azərbaycan Beynəlxalq Bankı"dır (ABB). Bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Qənaətin ən aşağı həddi "Turan Bank"da (65 min manat), ən yüksək həddi isə ABB-də (136,297 milyon manat) qeydə alınıb.

 

Qalan 18 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Bu baxından ən aşağı göstərici Pakistan Milli Bankının Bakı filialında (11 min manat), ən yüksək göstərici isə "Access Bank"da (102,249 milyon manat) qeydə alınıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq

19.08.2019 07:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ