Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Zərərdən mənfəətə keçib, kredit portfeli böyüyüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zərərdən mənfəətə keçib, kredit portfeli böyüyüb

"Merkuri" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 64 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 7 min manat xalis zərərlə çıxmışdı.

 

Reklam_3_11

BOKT-un maliyyə hesabatına görə, ötən il "Merkuri"nin gəlirləri 1 milyon 271 min manat, o cümlədən faiz gəlirləri 1 milyon 63 min manat, qeyri-faiz gəlirləri 208 min manat təşkil edib.

 

Ötən il təşkilatın xərcləri 1 milyon 204 min manat, o cümlədən faiz xəcləri 418 min manat, qeyri-faiz xərcləri 786 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 12 min manat, mənfəət vergisi ödəmələri isə 14 min manat təşkil edib.

 

Bu il yanvarın 1-nə "Merkuri"nin aktivləri 3 milyon 493 min manat olub ki, bu da illik müqayisədə 25,5% çoxdur. Bunun 3 milyon 126 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 25,85% böyüyüb.

 

Hesabat dövründə "Merkuri"nin öhdəlikləri 32,1% artaraq 2 milyon 654 min manata, balans kapitalı isə 8,3% artaraq 838 min manata çatıb.

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Renkinq"

19.08.2019 08:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ