Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır

“Azərbaycan bal istehsalçıları hazırda ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır”.

 

Bunu  Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.

 

Onun sözlərinə görə, BƏƏ-nin Dubay şəhəri və İordaniya ilə bir neçə şirkət əlaqə yaradıb: “Dubaya az miqdarda sınaq üçün nümunələr göndərilib. İordaniya ilə danışıqlar aparılır və onlar artıq 50 tona yaxın balın alınmasına dair istəklərini bildiriblər”.

 

B.Həsrətov bu ilki istehsal həcmlərə toxunaraq diqqətə çatdırıb ki, bu il arıçılıqda bol məhsuldarlıq əldə edilib: “Bu il Azərbaycanda 6 min ton bal  istehsal edilib. Ən yüksək göstərici Şəki-Zaqatala bölgəsinə aiddir. Amma ümumiyyətlə bütün bölgələr üzrə göstərici yaxşıdır. Arıçıllığın inkişafına subsidiyaların verilməsi və ümumiyyətlə dövlətin bu sahəyə diqqəti müsbət təsir edib. Bu, arıçılıqda stimul yaradır, arı ailələrin sayı isə sürətlə artmağa başlayıb”. 

 

Assosiasiya sədri bildirib, ki cins tərkibini yaxşılaşdırmaq üçün arılarda xeyli iş aparılır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Report”

19.08.2019 09:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ