Gürcüstan Azərbaycandan sement idxalını 12,6% artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Gürcüstana 230 min 820 ton sement ixrac edib.

 

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

 

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi sementin ümumi dəyəri 12 milyon 805 min dollar təşkil edib.

 

İllik müqayisədə Azərbaycandan Gürcüstana ixrac olunan sementin həcmi 25 min 935 ton və ya 12,6% çoxdur.

 

Ötən ilin eyni dövründə Gürcüstan Azərbaycandan 10 milyon 305 min dollar dəyərində 204 min 885 ton sement alıb.

19 Avqust 2019 , 12:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin