Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət büdcəsində 667 milyon manatlıq kəsir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət büdcəsində 667 milyon manatlıq kəsir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2019-cu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 12 milyard 435,5 milyon manat vəsait daxil olmuş, büdcədən 13 milyard 102,7 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 667,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,5 faizi qədər kəsir yaranmışdır.

 

“Marja” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında deyilir.

 

2019-cu ilin birinci yarısında (yanvar-iyun) ölkəmizin dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat, kəsir 545,5 milyon manat təşkil etmişdi. Beləliklə, iyulda kəsir daha da artıb.

 

Maliyyə Nazirliyindən "Marja"ya bildirilib ki, kəsir dövlət büdcəsində nəzərdə tutulan maliyyələşdirmə mənbələri - özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının sərbəst qalığı hesabına bağlanılıb.

 

Qeyd edək ki, Dövlət Neft Fondu hərraclarda valyutaya tələb olmadığından dövlət büdcəsinə transfert üzrə qrafikdə gecikir. Bu səbədən də büdcədə kəsir yaranır. Mərkəzi Bank Manatın bahalaşmasının qarşısını almaq üçün Fondun ucuz dollar satmasına imkan vermir.

19.08.2019 16:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ