Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda minik avtomobili istehsalı 5 dəfəyə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda minik avtomobili istehsalı 5 dəfəyə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - iyul aylarında (7 ayda) Azərbaycanda 1304 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - iyul ayları ilə müqayisədə minik avtomobili istehsalı 4,8 dəfə artıb.


2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 minik avtomobili istehsal edilib. 

 

01.08.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 142 ədəd təşkil edib. 01.07.2019-cu il vəziyyətinə də hazır məhsul ehtiyatı 264 ədəd təşkil etmişdi.

 

​Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi.

 
2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib. 


Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır. 

 

Həmçinin, 2019-cu ilin yanvar- iyul dövründə ölkəmizdə 837 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-iyul dövrü ilə müqayisədə traktor istehsalı 0,2% azalıb.

 

Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

19.08.2019 16:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ