Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

22 yaşında iri quşculuq şirkətinin direktoru olub - Deputatın saxlanılan qardaşı oğlu kimdir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
22 yaşında iri quşculuq şirkətinin direktoru olub - Deputatın saxlanılan qardaşı oğlu kimdir?

Xəbər verdiyimiz kimi, “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlı barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirirlər.

 

HƏMÇİNİN OXU:  "Relaks"da baş vermiş hadisə ilə bağlı rəsmi məlumat - 6 NƏFƏR HƏBS EDİLİB

 

Millət vəkilinin qardaşı oğlu Orxan Nərimanlı ilə bağlı bəzi məlumatlar əldə edilib.

 

Belə ki, Orxan Çingiz oğlu Nərimanlı 1995-ci ildə Bakıda anadan olub. O, 2012-ci ildə Bakıda 70 saylı məktəb liseyini bitirib. 2017-ci ildə isə Türkiyədə Sabançı Universitetinin məzunu olub. 

 

Orxan Nərimanlı ali təhsilini başa vurduqdan dərhal sonra 22 yaşında Lerikin Piran kəndində yerləşən “Lebro” MMC-nin direktoru təyin olunub. “Lebro” MMC-yə gəldiksə isə, bura Azərbaycanın ən iri quşculuq müəssisələrindən biridir.

 

Qeyd edək ki, İqbal Məmmədov hadisə ilə bağlı yaydığı açıqlamada “Relax” istirahət mərkəzininin rəhbərinin qardaşı olduğunu bildirib. Bu şəxs isə Orxanın atası Məmmədov Çingiz Nəriman oğludur.

 

Dünən "Relaks" istirahət mərkəzində baş vermiş hadisə ilə bağlı Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir:

 

"İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu,  Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir".

 

HƏMÇİNİN OXU: 14 hektar sahəsi, 20 obyekti var - 972 manat vergi ödəyib

 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Qafqazinfo”

20.08.2019 04:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ