Əhalinin gəlirləri 6,6%, qiymətlər 2,7% artıb
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 32 milyard 218,8 milyon manat təşkil etmiş, əhalinin hər nəfərinə orta hesabla 3259,7 manatlıq gəlir düşmüşdür.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29 milyard 559,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz çox vəsait qalmışdır.
2019-cu ilin yanvar-iyul ayları 2018-ci ilin yanvar-iyul aylarına nisbətən İstehlak qiymətləri indeksi 2,7% artıb.
2019-cu ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 d. əvvəl
-
25 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 34 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
- 46 d. əvvəl
-
47 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb