Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"“Relax” az vergi ödəyən birinci şirkət deyil, Vergilər Nazirliyinin mövqeyi təqdirəlayiqdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"“Relax” az vergi ödəyən birinci şirkət deyil, Vergilər Nazirliyinin mövqeyi təqdirəlayiqdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadçı Vergilər Nazirliyinin himayə olunan obyektlərdə yoxlamalara başlamasını bəyənib


 

“Rəsmi açıqlamadan bəlli olur ki, “Relax” bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib”.

 

“Marja” xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.

 

İqtisadçı vurğulayıb ki, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub:

 

“14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir. Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlər ilə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasiın göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır.

 

Aydındır ki, “Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq. Vergilər Nazirliyinin bu məsələdə prinsipal mövqeyi təqdirəlayiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərli aparılmasından və təbii ki, real sektorda “himayəçiliyin” aradan qaldırmasından asılı olacaq”.

20.08.2019 08:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ