Gübrə təchizatçısı olmaq istəyənlərin nəzərinə!

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) gübrə təchizatçılarını və gübrə təchizatı ilə məşğul olmaq istəyənləri 27 avqust 2019-cu il tarixdə görüşə dəvət edir. Görüş saat 11:00-da AKİA-nın ofisində - Bakı Ağ Şəhər ofis binası, Nobel prospekti 25E ünvanında keçiriləcək.

 

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların gübrə satışına tətbiqi, təchizatçıların AKİA ilə tərəfdaşlığının qurulması və tənzimlənməsi, fermerlərin daha çox ehtiyac duyduqları gübrələrlə təchizat və digər məsələlər müzakirə ediləcək.

 

Görüşdə iştirak etmək istəyən şəxslər 22 avqust saat 18:00-dək qeydiyyat üçün müraciət edə bilərlər.

 

Qeydiyyat üçün telefon nömrəsi: 050-764-49-05 (əlaqələndirici şəxs Orxan Nağızadə)

20 Avqust 2019 , 10:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin