Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank 2 rayon şöbəsini yenilədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank 2 rayon şöbəsini yenilədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankı filialların transformasiyası layihəsi çərçivəsində filial və şöbələrini müasirləşdirir. Bu prosesin tərkib hissəsi olaraq bankın daha iki regional şöbəsinin xidmət ofisləri yenilənib.

 

Reklam_3_11

Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Ağstafa şöbəsi Ağstafa şəhəri, Heydər  Əliyev küçəsi - 47 B ünvanında, bankın korporativ üslubuna uyğunlaşdırılmış yeni binada fəaliyyətə başlayıb.

 

Bankın Goranboy şöbəsinin Goranboy şəhəri, Heydər Əliyev küçəsi - 21 ünvanında yerləşən binasında isə əsaslı təmir işləri aparılıb və bu bina da yüksək xidmət standartları tələblərinə uyğun şəkildə yenidən qurulub.

 

Geniş məkanlarda yerləşən hər iki bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz edilib. Xidmət ofislərində müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. Azərbaycan Beynəlxalq Bankının müştəriləri bankın digər xidmət ofislərində olduğu kimi Goranboy və Ağstafa şöbələrində də kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

 

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, xidmət ofislərinin yenilənməsi prosesi Bakı və regionlardakı digər filial və şöbələri də əhatə etməkdədir:

 

“Müştərilərimizin getdikcə dəyişən istək və tələbatlarını nəzərə alaraq, onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməyə çalışırıq. Əminik ki, xidmət ofislərimizdəki şərait yüksək müştəri məmnuniyyəti yaradacaq. Digər filial və şöbələrimiz kimi bankın Goranboy və Ağstafa şöbələri də keyfiyyətli xidməti, çeşidli məhsul və xidmətləri, biznesə  davamlı dəstəyi ilə regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək”.

 

Azərbaycan Beynəlxalq Bankının 36 filial və 39 şöbəsi var.

20.08.2019 09:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ