Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Daha bir şirkət cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir şirkət cərimələnib

Nizami Rayon Məhkəməsində "A-kond 1” Qapalı Səhmdar Cəmiyyətinin inzibati qaydada cərimə edilməsi barədə qərar verilib.

 

Reklam_3_11

Məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.

 

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Qərara əsasən, "A-kond 1” QSC 3260,44 avro (16300,22 avro məbləğinin iyirmi faizi miqdarında) cərimə edilib.

 

Nizami Rayon Məhkəməsinin 8 iyun 2019-cu il tarixli qərarından QSC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

"A-kond 1” QSC kondisoner idxalı, isitmə və havalandırma sistemlərinin qurulması ilə məşğul olan şirkətdir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Report"

20.08.2019 09:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ