Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Finex Credit”in istiqrazlarını “Azfinance” alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Finex Credit”in istiqrazlarını “Azfinance” alacaq

 “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) qapalı üsulla dövriyyəyə buraxmağı planlaşdırdığı istiqrazları “Azfinance İnvestisiya Şirkəti” QSC alacaq.

 

Reklam_3_11

Bu barədə  şirkətdən bildirilib.

 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası BOKT-un hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd və hər birinin nominal dəyəri 1 000 dollar olan 200 min ədəd istiqrazlarıın emissiyasını qeydə alıb. 2 il müddətinə dövriyyəyə buraxılan qiymətli kağızların illik gəlirliliyi dollarda 8%, manatda 22%-dir.

 

Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. Onun nizamnamə kapitalı 600 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 6 min səhm əsasında formalaşıb. BOKT-un səhmlərinin 73,3%-i “Finance Leasing” ASC-yə, 14,4%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 12,3%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.

 

“Azfinance" investisiya şirkəti isə 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 mln. manatdır. Şirkətin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.

 

© Report

16.03.2017 14:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ