Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tikinti icazələri üzrə "Bir pəncərə"nin ölkə üzrə tətbiqi müzakirə olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti icazələri üzrə "Bir pəncərə"nin ölkə üzrə tətbiqi müzakirə olunub

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir


 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın 2019-cu ilin ikinci yarım illiyi üzrə işçi qruplarının İcra və Kommunikasiya Planlarının müzakirəsinə başlanılıb.

 

Plan çərçivəsində ilk iclas Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində islahatlarla bağlı 2019-cu ilin II yarımilliyi üçün İcra və Kommunikasiya Planı əsasında tədbirlərin icrasına həsr olunub.

 

Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupu ilə keçirilən iclasda Bakı şəhəri üzrə istifadə edilən “Bir pəncərə” sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanlarının həmin sistemə inteqrasiyası, ekspertizası tələb olunan obyektlərin tikintisinə icazə üçün elektron müraciət sisteminə dair texniki tapşırığın hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub.

 

Müzakirə zamanı qeyd olunub ki, Bakı şəhərində və regionlarda təchizat müəssisələri tərəfindən Plan üzrə mütəmadi maarifləndirmə işləri aparılır. Bundan başqa, sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün ictimai birliklər/biznes assosiasiyaları ilə görüşlər keçiriləcək, bu sahədə mövcud problemlər və təkmilləşdirmə imkanları müəyyən olunacaq.

 

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupları ilə İcra və Kommunikasiya Planlarının müzakirəsi istiqamətində iclaslar icraçı qurumlarla birlikdə davamlı keçiriləcək. Bu görüşlərin əsas məqsədi isə Planlar üzrə məsul şəxslər ilə birgə fəaliyyət çərçivəsində tədbirlərin vaxtında icrasının təmin olunmasıdır.

 

Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,  Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, “Ekvita”, “BM Morrison Partners”, "Bakı Hüquq Mərkəzi" iştirak edib

20.08.2019 14:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ