Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Asiya borc böhranı yenidən yaşana bilər - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Asiya borc böhranı yenidən yaşana bilər - XƏBƏRDARLIQ

Beynəlxalq məsləhət şirkəti "McKinsey", Asiya borc böhranının yenidən yaşana biləcəyinə dair xəbərdarlıq edib


 

Asiya borc böhranının üzərindən iyirmi ildən çox müddət keçməsinin ardından qlobal məsləhət şirkəti "McKinsey & Co." borc böhranının yenidən yaşana biləcəyinə dair siqnalların olduğu barədə xəbərdarlıq edir.

 

"Marja" xəbər verir ki, borcluluğun artması, geri ödəmələrdə çətinlik, bankların zəifləməsi və kölgə bankçılığı "McKinsey"in Avqust hesabatında toxunduğu narahatlıqlardan bəziləridir. 

 

Asiya Pasifik bölgəsində 23 mindən çox şirkətin balansını araşdıran "McKinsey", Asiyanın böyük hissəsinin borc öhdəliklərini yerinə yetirməksə "əhəmiyyətli dərəcədə çətinlik çəkdiyi" nəticəsinə gəlib. Məsləhət şirkətinə görə, Çin və Hindistan kimi ölkələrdə borc təzyiqləri 2007-ci ildən bəri artarkən, eyni dövrdə ABŞ ilə İngiltərədə kəskin bir şəkildə azalır.

 

Şirkətin araşdırmasına görə, şirkətlər qazanclarının böyük qisimini borc ödəmək üçün istifadə edirlər.

 

"McKinsey"ə görə, borc ödəmələrində iflas, likvidlik çatışmazlığı və valyuta məzənnələrindəki böyük dalğalanmalar izlənməlidir. 

20.08.2019 14:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ