Dövlət istiqrazlarına tələb böyükdür - FAİZ 6,5-Ə DÜŞÜB

20 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104008740 ISIN-li, 30 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 92.6302 AZN (8.00%) və 94.3866 AZN (5.98%) olan 21 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9281 AZN (6.5%), orta ölçülmüş qiyməti 93.9844 AZN (6.43 %) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 94 milyon 869 min 400 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi  18 avqust 2020-ci  il.

 

Hərrac iştirakçıları 21 avqust 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

20 Avqust 2019 , 17:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin