Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru vəzifəsinə təyinat olub.

 

Reklam_3_11

Məlumata görə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin müvafiq sərəncamı ilə YT Parkın direktoru vəzifəsinə geologiya-mineralogiya elmləri namizədi Samir Məmmədov təyin edilib.

 

Qeyd edək ki, S.Məmmədov bundan əvvəl YT Parkın infrastruktur üzrə direktor müavini vəzifəsində çalışırdı.

 

Geologiya-mineralogiya elmləri namizədi Samir Məmmədov AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin olunub. AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev yeni direktoru kollektivə təqdim edib. 


Akademiyanın rəsmisi çıxış edərək Samir Məmmədovu bu təyinat münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkının xüsusiliyini diqqətə çatdıran Fətəli Abdullayev mövcud istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı YT Park kollektivinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

21.08.2019 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ