Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Fed 2019-da daha 3 dəfə faiz endirəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fed 2019-da daha 3 dəfə faiz endirəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Britaniyanın transmilli investisiya bankı və maliyyə xidmətləri şirkəti "Barclays", ABŞ Mərkəzi Bankının (Fed) 2019-cu ildə daha 3 dəfə faiz endirə biləcəyini nəzərdə tutur.

 

Bank, proqnozuna əsas olaraq yavaşlayan qlobal iqtisadi artımı göstərib.

 

"Barclays"a görə, Fed hər 3 faiz endirimi qərarında faizləri 25 bənd aşağı salacaqdır.


Fed İyul iclasında faizləri 25 bənd azaldaraq 2.00 -2.25% aralığına endirib.

 

Bankın baş ABŞ iqtisadçısl Michael Gapen, "Barclays"ın ABŞ iqtisadiyyatının gələn il 2% ətrafında artacağını və yavaşlayan qlobal inkişaf və güclənən dollardan qaynaqlanan aşağı istiqamətli risklərə görə Fed-in Sentyabr, Oktyabr və Dekabr aylarında 25 bənd faiz endirimlərinə gedə biləcəyini qeyd edib. Bank, daha əvvəlki təxminlərində, Fed-in bu il 2 dəfə faiz endiriminə gedə biləcəyini nəzərdə tuturdu.

 

"Barclays", Böyük Britaniyanın Avropa Birliyindən (AB) müzakirəsiz çıxacağı (müqaviləsiz Brexit), bunun nəticəsində İngiltərə iqtisadiyyatının gələn il mülayim bir durğunluğa girə biləcəyi və İngiltərə Mərkəzi Bankının biri bu il, digəri isə 2020-də olmaqla iki dəfə faiz endiriminə gedə biləcəyi proqnozunu verib.

 

"Barclays" iqtisadçıları  Avro Bölgəsinin 2020-ci il üçün iqtisadi artım təxminini 1%-dən 0.6%-ə endiriblər.

 

"Barclays", Böyük Britaniyanın Avropa Birliyindən (AB) müzakirəsiz çıxacağı (müqaviləsiz Brexit), bunun nəticəsində İngiltərə iqtisadiyyatının gələcək il mülayim bir durğunluğa girə biləcəyi və İngiltərə Mərkəz Bankının biri bu il, digər isə  2020-də olmaqla iki dəfə faiz endiriminə gedə biləcəyi proqnozunu verib. "Barclays" iqtisadçıları   Avro Bölgəsinin 2020-ci il üçün iqtisadi artım təxminini 1%-dən 0.6%-ə endiriblər.

 

21.08.2019 08:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ