Bütün işçilərin icbari sığorta ilə əhatə olunmasına çalışırlar - SİSTEM GƏLƏN AY İŞƏ DÜŞƏCƏK
Öz işçilərini sığorta etdirməyən işəgötürənlər elektron qaydada müəyyən edilərək qanunverciliyə uyğun tədbirlər görüləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat” ASC-lərin nümayəndələri ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Marja"ya daxil olmuş məlumata görə, görüşdə məqsəd nazirlik və həmin qurumlar arasında imzalanmış əməkdaşlıq Memorandumunun tətbiqi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhəmiyyətindən bəhs edib. O, dövlət orqanları, işəgötürənlər ilə sığorta şirkətləri arasında bu sahədə əməkdaşlığın önəmini vurğulayıb. M.Abbasbəyli nazirliyin fəaliyyət sahələrində aparılan islahatları, xüsusilə bu sahələrdə elektron sistemlərin tətbiqinin geniş miqyas aldığını diqqətə çatdırıb.
Əməkdaşlıq müstəvisində görüləcək işlər müzakirə olunub. Bildirilib ki, məlumat mübadiləsinin elektron qaydada həyata keçirilməsi ölkə üzrə bütün işçilərin icbari sığorta ilə əhatə olunmasına, öz işçilərini sığorta etdirməyən işəgötürənlərin elektron qaydada müəyyən edilərək qanunverciliyə uyğun tədbirlər görülməsinə, ümumən bu sahədə nəzarət sisteminin operativ qurulmaqla təkmilləşməsinə imkan verəcək.
Görüşdə sistemin sentyabr ayının əvvəlindən tam fəaliyyətə başlanacağı vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl