Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft, ABŞ-da ehtiyatların sürpriz şəkildə azalması ilə bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ-da ehtiyatların sürpriz şəkildə azalması ilə bahalaşıb

Neft qiymətləri, ABŞ-da bazalarda xam neft ehtiyatlarının sürpriz şəkildə azaldığını göstərən məlumat açıqlandıqdan sonra yüksəlib. Eyni zamanda, bazarda qlobal iqtisadiyyatın durğunluğa yönəldiyinə dair narahatlıqlar qalır. 

 

"Marja" xəbər verir ki, ABŞ-da özəl sektorun maliyyələşdirdiyi Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, xam neft ehtiyatları keçən həftə 3.45 milyon barel azalıb.

 

ABŞ Prezidenti Donald Tramp, ABŞ iqtisadiyyatının durğunluq işarələri verməsi ilə, Konqresin təsdiqi olmadan vergilərdə endirimə gedə biləcəyini söyləyib. 

 

Neft qiymətləri, dünyanın ən böyük iki iqtisadiyyatı (ABŞ və Çin) arasındakı ticarət müharibəsinin tələbə mənfi təsir etməsi ilə Aprel ayının sonlarından bu yana 15% düşüb. Orta Şərqdə artan təzyiq və Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və ortaqlarının istehsalı azaltmaq səyləri neft qiymətlərindəki enişi dayandıra bilmədi.

 

Qərb Texas neftinin (WTI) qiyməti 0.4% bahalaşaraq 56.33 dollara, Brent neftinin qiyməti isə 0.6% artaraq 60.40 dollara qalxıb.

21.08.2019 09:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ