Ən yuxarı statik reklam_3

Kanada şirkəti Azərbaycan neft quyusunda istehsalı artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kanada şirkəti Azərbaycan neft quyusunda istehsalı artırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kanadanın “Zenith Energy Ltd.” şirkəti “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarında hasılatı artırmaq niyyətindədir.

 

Şirkətin icraçı direktoru Andrea Kattaneonun sözlərinə görə, cari ilin sonuna kimi “Muradxanlı-Cəfərli-Zərdab” yataqlarından sutka ərzində 1000 barel neft çıxarılması planlaşdırılır.

 

“Əgər neft istehsalı gün ərzində 700 barelə, ilin sonuna kimi isə 1000 barelə çatarsa şirkət profisitlə çalışacaq. İstehsalın artması böyük xərc tələb etməyəcək. Lakin gündəlik 1000 barel hədəfinə çatsaq çoxlu gəlir əldə edəcəyik”, - deyə şirkət rəhbəri vurğulayıb.

 

Qeyd edək ki, 2016-cı il martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar. Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20%-lik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.

21.08.2019 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ