Distribyutor şirkəti cərimə edilib
Nəsimi Rayon Məhkəməsində "Facet” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə qərar çıxarılıb.
Məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Qərara əsasən, "Facet” MMC 1963,7 avro (9818,50 avro məbləğinin iyirmi faizi miqdarında) cərimələnib.
"FACET” MMC aprel ayında da İXM-in eyni maddəsi ilə 4.081,25 manat məbləğində cərimə edilib.
Hər iki qərardan verilən MMC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Tibbİ avadanlıq satışı ilə məşğil olan "Facet” MMC Azərbaycanda 2009-cu ildə xarici sərmayədar tərəfindən təsis edilib və bir çox xarici ölkələrin iri şirkətləri ilə distribyutorluq və nümayəndəlik əsasında fəaliyyət göstərir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
-
13 d. əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 18 d. əvvəl
-
1 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
1 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl