Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bağlarda nar boldur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bağlarda nar boldur

Ötən il 31 min 107 ton nar istehsal olunan Göyçayda cari mövsümdə 35 min ton məhsul yığılacağı proqnozlaşdırılır.

 

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il 16 hektarda yeni bağ salınıb və nar bağlarının sahəsi 3627 hektara çatdırılıb. Bunun 3327 hektarı bar verəndir.

 

Mütəxəssislər bu il hava şəraitinin narçılıq üçün əlverişli olduğunu söyləyirlər. Xüsusilə Qarabaqqal, Alxasava, Aşağı Qaraməryəm və Mirzəhüseynli kəndlərinin ərazilərində bağlardakı mövcud vəziyyət yüksək məhsuldarlıqdan xəbər verir.

 

Göyçaylı narçılar bu il də respublika bazarlarını “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” və digər növlərdən olan dadlı və ləzzətli narla təmin edəcəklərini, eləcə də xarici bazarlara çıxacaqlarını söyləyirlər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

21.08.2019 14:42

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ