Tramp: Tək problemimiz Pauel və Fed-dir

ABŞ Prezidenti Donald Tramp, növbəti "Twitter" mesajında Çin və digər ticarət razılaşmaları üzrə danışıqların yaxşı vəziyyətdə getdiyini və tək problemin Fed sədri Cerom Pauel (Jerome Powell) ilə Fed olduğunu qeyd edib.

 

Pauelin yüngülcə vuruşu bacarmayan bir qolf oyunçusuna bənzədən Tramp, Fed sədrinin böyük bir faiz endiriminə gedərək "doğru şeyi etməsi vəziyyətində" ABŞ-ın güclü iqtisadi artım qeyd edəcəyini bildirib.

 

Tramp, "Ona güvənmirəm! Bu günə qədər səhv olduğunu söylədi və bizi yalnız üzüstə buraxdı",- deyib.

 

Tramp sözlərini bu şəkildə davam etdirib:

 

"Biz, faizi bizdən çox aşağı olan bir çox ölkə ilə rəqabət aparırıq və onlardan daha aşağıda olmalıyıq. Dünən, "ABŞ tarixindəki ən yüksək dollar" dediniz. İnflyasiya yoxdur, Oyan Fed. Belə iqtisadi artım potensialı, demək olar ki, əvvəllər heç vaxt olmayıb". 

21 Avqust 2019 , 17:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin