Ən yuxarı statik reklam_3

ABŞ şirkəti Azərbaycanın qızıl layihəsindəki payını satacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ şirkəti Azərbaycanın qızıl layihəsindəki payını satacaq

İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti arasında bağlanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə “R.V. İnvestment Group Services, LLC” şirkətinə məxsus payların alqı-satqı üsulunun müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı məsləhət xidmətinin satın alınması üzrə keçirilmiş tenderin qalibini elan edib.

 

“Marja” xəbər verir ki, tenderin qalibi "OMNİ" Qapalı Səhmdar Cəmiyyətidir. Nazirlik QSC ilə məbləği 265 min manat olan müqavilə imzalayıb.

 

Qeyd edək ki, 1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Layihə çərçivəsində ilk zavod 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır.

21.08.2019 13:28

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ