Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 16-na USD/AZN rəsmi məzənnəsini 1.7282 manat səviyyəsində açıqladı.

 

- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü müşahidə olundu, Dollar əsasən 1.72-1.74 manat səviyyələrindən satıldı. Qeyd edək ki, Dollar Manat qarşısında ötən həftədən ucuzlaşır.

 

-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7202 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat  Dollar qarşısında təxminən 0,5% möhkəmləndi.

 

- Hərracdan sonra da banklarda Dolların məzənnələrinin düşdüyü müşahidə olundu. Dolların alış qiyməti 1.63 manatadək, satış qiyməti isə 1.7150 manatadək düşdü.

 

- Məsələn, GünayBank Dolların satış qiymətini 1.7050 manata, Unibank Dolların alış qiymətini 1.66 manata, satış qiymətini isə 1.71 manata, KapitalBank Dolların alış qiymətini 1.68 manatdan 1.67 manata, Bank Respublika isə 1.65 manatdan 1.63 manata endirdi.

 

- Axşam saat 17:05-də Mərkəzi Bank 17.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7202 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə, hərrac ilə eyni idi.

 

 RAHAT MEBEL KREDİTİ!

 

Qeyd edək ki, çoxları hələ də manatın bahalaşacağına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, Dolların ucuzlaşması, bir “oyundur”. 

 

Qeyd  edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.

 

Digər tərəfdən nefin qiymətinin qalxması və qeyri-neft ixracının artması ilə əlaqədar olaraq Azərbaycanın ixracı idxalını üstələyib.

 

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

HYUNDAİ CRETA! KOMPAKT SUV-UN YENİ ULDUZU!

 

16.03.2017 19:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ