Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İxracımız necə artıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
İxracımız necə artıb?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, 2016-cı ilin Yanvar-Fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 625 milyon 946.68 min ABŞ dolları təşkil edib. Ticarət əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 20.09 % artmışdır.

 

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 971 milyon 970.54 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 0.44 % azalmışdır), ixrac əməliyyatları üzrə 1 milyard 653 milyon 976.14 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 36.64 % artmışdır) əmliyyat qeydə alınıb. Saldo müsbət 682 milyon Dollar olub.

 

Fevralda ixrac 849 milyon 352.07 min dollar, idxal 521 milyon 920.06 min dollar, saldo (ticarət profisiti) isə 327 milyon 432 min dollar təşkil edib. 

 

Bəs ixrac nəyin hesabına artıb?

 

Yanvar-Fevral aylarındakı 1 milyard  653 milyon 976.14 min dollarlıq ixracın 1 milyard 468 milyon  660 milyon dollar dövlət sektorunun, 161 milyon 720.28 min dollar özəl sektorun, 23 milyon 595.31 min dollar fiziki şəxslərin payına düşüb.

 

Ötən ilin anoloji dövrü ilə müqayisədə dövlət sektorunun ixracı 37,6%, özəl sektorun ixracı 15,3%, fiziki şəxslərin ixraı 45% artıb.

 

2016-cı ilin yanvar-fevral aylarında dövlət sektorunun ixracı 1 milyard 66 milyon 935 min dollar, özəl sektorun ixracı 140 milyon 248 min dollar, fiziki şəxslərin ixracı 16 milyon 285 min dollar təşkil etmişdi.

 

Yuxarıdakı rəqəmlərin müqayisəsindən göründüyü kimi, Azərbaycanın idxalının artması əsasən dövlət sektorunun ixracının artmasından qaynaqlanıb. Ötən ilin əvvəli ilə müqayisədə bu il neft qiymətləri yüksək olduğundan dövlət sektorunun ixracı məbləğ ifadəsində artıb. Dövlət ixracının artmasına qaz və elektrik enerjisi ixracının artması da təsir göstərib.

17.03.2017 05:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ