Bakıda 2-ci “KOB Dostu” fəaliyyətə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda 2-ci “KOB Dostu” fəaliyyətə başladı

Avqustun 22-də Xəzər rayonunda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb.

 

Bu, ölkə üzrə sayca 16-cı, Bakı şəhəri üzrə isə 2-ci “KOB Dostu”dur. Hazırda KOB dostları ölkənin 14 şəhər və rayonunda sahibkarlara xidmət göstərir.

 

Bununla əlaqədar, dövlət qurumlarının, Xəzər rayonunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə KOB Dostu mexanizmi, mikro, kiçik və orta sahibkarlara KOB Dostu tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə ətraflı məlumat verilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Xəzər və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər.

 

Xəzər rayonu üzrə “KOB Dostu” sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.  

 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

 

Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirin sonunda Xəzər rayonunun Gənclər Evində fəaliyyət göstərəcək “KOB Dostu” ofisi ilə tanışlıq olub. Qeyd olunub ki, burada “KOB Dostu” tərəfindən sahibkarlara müvafiq xidmətlərin və dəstəyin göstərilməsi üçün lazımi şərait yaradılıb, ofisin fəaliyyətinə “KOB könüllüləri” cəlb olunub.

22.08.2019 18:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ